Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin (WAS) məlumatına görə, Məscidül-Həram və Məscidün-Nəbi Dini İşlər İdarəsi Ərəfə xütbəsini 20 dilə tərcümə etməyə və dünya üzrə bir milyard insana çatdırmağa hazır olduqlarını açıqlayıb.
Diyanət İşləri Başçısı bildirib ki, Ərəfə xütbəsinin tərcüməsi Səudiyyə Ərəbistanının dini və humanitar missiyasını və bu ölkənin tolerantlıq və mötədillik sahəsindəki rəhbərliyini əks etdirir.
Diyanət İşləri Başçısı, Ərəfə xütbəsinin dünyanın müxtəlif yerlərindən gələn zəvvarlara tərcümə proqramının İslam dininin tolerantlıq və ülvi dəyərlərini dünyanın bütün təbəqələrinə yaymaq səyinin göstəricisi olduğunu söylədi.
İlk ildə Ərəfə xütbəsinin tərcümə proqramı yalnız ingilis, fransız, malay, urdu və fars dillərində həyata keçirilirdi. Keçən il 20 fərqli dildə tərcümə edilib və 300 milyon insana fayda verib.
Keçən il Ərəfə xütbəsi ingilis, fransız, urdu, alman, ispan, indoneziya, benqal, malay, amhar, hausa, türk, rus, çin, fars, tamil, filippin, bosniya, suahili, hind, isveç və digər dillərə tərcümə edilib. Tərcümələr texniki və ədəbi nəzarət altında aparılır.
4221014