IQNA

Tayland İslam İrsi Muzeyində nəfis əlyazmaların nümayişi

8:49 - June 18, 2024
Xəbər sayı: 3496171
İQNA - Taylandın Narativat şəhərindəki İslam Mədəni İrsi Muzeyi və Quran Təhsil Mərkəzi Qurani-Kərimin nadir əlyazmalarından ibarət kolleksiyanı sərgiləyib.

"İQNA"-nın "New Street Times"-a istinadən verdiyi məlumata görə, Taylandın Narathivat şəhərindəki İslam Mədəni İrsi Muzeyi və Quran Təhsili Mərkəzi Qurani-Kərimin tarixi nüsxələri də daxil olmaqla 78 tarixi əsərdən ibarət kolleksiyanı nümayiş etdirərək öz qapılarını ictimaiyyətin üzünə açıb.
Sözügedən muzeyin icraiyyə komitəsinin üzvü Həzami Saleh məlumat verdi ki, bu nüsxələrin 150 ildən 1100 ilə qədər yaşı var.
Bu ölkənin cənubundakı müsəlmanların məskunlaşdığı Yingu bölgəsində Narathivat əyalətindən 11 kilometr aralıda yerləşən bu muzeydə Tayland, Çin və Yəmən icmalarının İslam irsini göstərən əsərlər var.
Saleh dedi: "Ziyarətçilər, o cümlədən Malayziya və digər ölkələrdən gələn turistlər bu nadir əsərləri ziyarət edə bilərlər".
Kolleksiya Quran nüsxələrindən kənara çıxır və Malay yarımadasından və ərəb dünyasından ovçuluq, dilçilik, astrologiya, astronomiya, gəmiqayırma, naviqasiya və görkəmli müsəlmanların tərcümeyi-halı kimi müxtəlif mövzularda əlyazmaları ehtiva edir.
Saleh bu əsərlərin, xüsusilə də dəri üzlüklərlə və kağızdan və ya dəridən hazırlanmış vərəqlərlə nəfis şəkildə hazırlanmış Quran əlyazmalarının qorunub saxlanmasının vacibliyini vurğulayaraq belə izah etdi: "Bu Quranlar Yava və ya ərəb qrafikası ilə müxtəlif ölçülərdə qara mürəkkəblə yazılmışdır. Onlar çin-malay-ərəb naxışları ilə bəzədilib və gözəl qızıl işləri ilə zərlənib".
Saleh sözünə belə davam etdi: "Bu sərgi o dövrdə bu bölgədə və digər bölgələrdə müsəlmanların istifadə etdiyi texnologiyaya diqqət yetirir. Həmçinin bu muzeyin tikintisi Malayziyanın Terengqanu şəhərindəki oxşar İslam muzeyindən ilhamlanıb".
İslam Əsərləri Muzeyi və Quranın Qədim Əlyazmalarının Saxlanılması Mərkəzi Tailandın cənubundakı aparıcı İslam mərkəzlərindən biridir. Bu mərkəz Taylandın cənub hissəsinin müsəlman olması və İslam mədəniyyəti və incəsənət əsərlərinin, eləcə də bu ərazidə tapılan Quranın qədim əlyazmalarının inteqrasiyası və qorunması zərurəti ilə əlaqədar olaraq tikilmişdir.
Taylandın Mədəniyyət Nazirliyi və Cənub Əyalətlərinin İdarəetmə Təşkilatı ilə birgə yaradılmış bu mərkəzdə İslam və Quran elmləri də tədris olunur.
Adıçəkilən mərkəzdə ömrü 100 ildən 800 ilə qədər olan 70 qədim Quran nüsxəsi saxlanılır. Layihə başa çatdıqdan sonra ictimaiyyətin bu mərkəzə baş çəkməsi və onun təlim kurslarında iştirak etməsi mümkün olacaq.
4221756

captcha