UNRWA-dan verilən yazılı açıqlamada, "Qəzzada məktəblərin 76 faizindən çoxunun yenidən fəaliyyətə başlaması üçün yenidənqurma və təmirə ehtiyacı olduğu" bildirilib.
Qeyd edilib ki, Qəzzada məktəblər böyük ölçüdə dağılsa da, UNRWA əməkdaşları oyun və təhsil məqsədilə fələstinli uşaqlara qayğı göstərməyə davam ediblər.
"Təhsil insan hüququdur". Açıqlamada, İsrailin "təxminən 9 aydır Qəzzaya qarşı dağıdıcı müharibə apardığı" vurğulanıb və "dərhal atəşkəs" istənilib.
Köçkün fələstinlilər Qəzza zolağında məktəblərə sığınsalar da, İsrailin hücumlarına məruz qalırlar. İyunun 15-də İsrail Qəzzanın cənubundakı Rəfah şəhərindəki UNRWA məktəbini artilleriya hücumları ilə vurarkən, hadisə zamanı çoxlu fələstinli ölüb və yaralanıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 431 fələstinli ölüb, 85 min 653 nəfər yaralanıb.
AA