IQNA

Kəbənin açarını daşıyan Saleh Əl-Şeybi dünyasını dəyişib

2:04 - June 24, 2024
Xəbər sayı: 3496205
İQNA - Məscidül-Haram İşləri Baş İdarəsi, Məkkənin fəthindən bəri Kəbənin açarının sahibi və mühafizəçisi Saleh b. Zeynəlabidin Əl-Şeybinin dünyasını dəyişdiyini bildirib.

"İQNA", "Əl-Cəzirə Mübaşir" saytına istinadən xəbər verir ki, Əl-Şeybi iyulun 1-i cümə günü axşam dünyasını dəyişib və cənazəsi ötən şənbə günü Məscidül-Həramda qılınan səhər namazından sonra Əl-Muəlla qəbiristanlığında dəfn edilib.
Məscidül-Həram və Peyğəmbər Məscidinin Baş İdarəsi bəyanat yayaraq Kəbənin açarının sahibinin vəfatı ilə bağlı başsağlığı verib.
Kəbənin xidmətçisi və açar sahibi 1945-ci ildə Məhəmməd peyğəmbərin (s) dövründə bu imtiyaz sahibi olan Əl-Şeybə ailəsində anadan olub. Saleh Əş-Şeybənin kökləri Osman İbn Təlhəyə gedib çıxır.
Saleh Əl-Şeybi Məkkədə böyüdü və İslam elmləri doktoru dərəcəsi alana qədər təhsilini davam etdirdi.
Peyğəmbərimizin əcdadlarından olan Qusay ibn Kələb dövründən 109-cu açar sahibidir.
Əl-Şeybi universitetdə ustad kimi çalışmış, dini və tarixi mövzularda çoxlu kitablar yazmışdır.
Kəbənin açarlarına sahib olmaq Məscidül-Həram və Məkkədə ən qədim və ən şərəfli peşədir.
Kəbənin açarı olan şəxsin vəzifələrinə bu müqəddəs məkanı qorumaq, onu açıb-bağlamaq, təmizləmək, xoş qoxusunu saxlamaq, örtüyünü hazırlamaq və təmir etmək, ziyarətçiləri qarşılamaq daxildir.
Kəbənin açarı dəmirdəndir və uzunluğu 35 sm-dir.
4222822

captcha