"İQNA", "Əl-Əyn" saytına istinadən xəbər verir ki, “Mançester Yunayted”in yetirmələrində böyüyən Dağıstan əsilli gənc futbolçu yay tətilini Dubayda keçirir.
Ötən cümə günü Əmir İbrahimov Dubayda və Xəlifə Bastion qarşısında çəkilmiş fotoları dərc edib.
İbrahimov illər əvvəl İngiltərəyə mühacirət edən Rusiyanın Dağıstan Respublikasından olan Britaniya müsəlman ailəsində anadan olub.
16 yaşlı gənc İnstaqram səhifəsində Furqan surəsindən ayələri oxuduğu video yerləşdirib.
O, Furqan surəsinin 70-dən 73-ə qədər olan ayələri oxuyub:
"(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır".
"Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil.)".
"O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər".
"Və o kəslər ki, Rəbblərinin (vəhy, Qur’an və moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar və kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir və batini gözlə görürlər)".
Sosial şəbəkə istifadəçiləri İbrahimovun gözəl səsini, təcvid qaydalarına əməl etməsini və düzgün qiraətini yüksək qiymətləndiriblər.
Dağıstanlı gənc futbolçu videoları daha çox sosial şəbəkələrdəki şəxsi hesabları vasitəsilə yayımlayıb.
İbrahimov hazırda İngiltərənin 15 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış edir.
4223929