Hicri 10-cu ildə baş verən Qədir hadisəsi o qədər böyük hadisədir ki, bir neçə ayədə ondan danışılır. Təbliğ ayəsi bu hadisədən əvvəl Allahın hökmünün bu gündə çatdırılmasının vacibliyini və zəruriliyini vurğulayan ayələrdən biri idi: "Bəlliğ" ma unzilə iləykə min Rəbbik" (Rəbbin tərəfindən sənə nazil olanı çatdır) (Maidə: 67). Lakin bəzi ayələr də bundan sonra nazil olmuşdur. O cümlədən, dinin kamil olma ayəsidir. Qurani-Kərimdə “Maidə” surəsinin üçüncü ayəsinin bir hissəsində buyurulur: “Bu gün kafirlər sizin dininizi (məhv edib aradan apara biləcəklərindən) ümidlərini kəsdilər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və bir din kimi sizin üçün İslamı qəbul etdim".
Ayənin bu hissəsi digər hissəsindən tamamilə ayrıdır; çünki ilk növbədə, kafirin dindən ümidini kəsməsinin ölü əti yemək və ya yeməmək ilə heç bir əlaqəsi yoxdur. İkincisi, ayənin nazil olma səbəbi ilə bağlı olan rəvayətlər onlardan əvvəl və sonrakı cümlələri deyil, bu cümlələri ifadə etmək istəyir. Üçüncüsü, şiə və sünni rəvayətlərinə görə, ayənin bu hissəsi Qədir-Xum hadisəsindən sonra nazil olmuşdur.
Qurani-Kərimdə iki dəfə “yəvm” kəlməsi ilə qeyd olunan gün üçün böyük xüsusiyyətlər qeyd olunur, o cümlədən, 1. Kafirlərin ümidsizliyə qapıldığı gün, 2. Dinin kamil olduğu gün, 3. Allahın insanlara verdiyi nemətlərin tamamlanma günü. 4. İslamın kamil din olaraq Allah tərəfindən bəyənildiyi gün. Əgər bu halların təkcə biri bir gündə baş versə, o günün “Allahın günlərindən biri” olması üçün kifayətdir, qalmışdı ki, onların hamısı bir gündə olsun.
Ərəfə günü nazil olma kimi digər rəvayət və fərziyyələrin də bu günün xüsusiyyətləri ilə bağlı olmasının əsası yoxdur. Məsələn, zilhiccə ayının 9-da kafirlərin din üzərində qələbədən ümidlərini kəsdikləri hansı mühüm hadisə baş verdi və ya həcc ayinlərinin əməli şəkildə öyrədilməsi (dini vacibatların bir hissəsinin öyrədilməsi) ilə dinin kamil olması arasında hansı əlaqə var ki, dinin onun vasitəsilə tamamlandığını deyə bilək.
Bu ayə dinin kamil olması və nemətin bəndələrə tamamlanmasından xəbər verir. Dini qanun İslam Peyğəmbərinin (s) sağlığında tamamlanıb, lakin İslam hökumətini öz hədəfinə doğru istiqamətləndirmək və İslam hökmlərini cəmiyyətdə tətbiq etmək üçün sabitliyə səbəb olan bir prinsipə ehtiyac var. (Kafirlərin ümidini dindən kəsməsi və dinin kamil olması və nemətlərin müsəlmanlara tamamlanması). Dinin əsas məqsədi ilahi qanunların qəbul olmasından və bu qanunların icrası üçün Peyğəmbərdən (s) sonra qanunun başa düşülməsində və həyata keçirilməsində heç bir çaşqınlıq yaratmayacaq şəxsin seçilməlidir. Bu halları ancaq İslam ümmətinin rəhbərliyini oturtmaqla şərh etmək olar.
Vilayət, Allahın bu ayə ilə nazil etdiyi son vacib idi və buyurdu ki, bir daha vacib əməl nazil etməyəcəyəm. Çünki imamətlə din kamil oldu və Peyğəmbərin (s) risaləti tamamlandı: “Əgər çatdırmasan, risalətini yerinə yetirməmisən” (Maidə: 67). Əslində, risalətin bəhrəsi vilayətdən başqa bir şey deyil və onsuz din, risalət və hidayət neməti natamam olacaqdır. Necə ki, Peyğəmbərdən (s) şiə və sünni mətnlərində gəlib: “Hər kim ölərsə və imam və ya rəhbəri olmasa, cahiliyyət dövründə ölənlər kimi ölmüşdür”.