IQNA

Ayətullah Xamenei yeni seçilmiş prezident Pezeşkianı qəbul edib

12:31 - July 07, 2024
Xəbər sayı: 3496288
İQNA - İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianı qəbul edib.

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei 14-cü prezident seçkilərində qalib gələn və İranın 9-cu prezidenti seçilən Məsud Pezeşkianı qəbul edib.
Bu görüşdə Ayətullah Xamenei səslərin əksəriyyətini alaraq prezident seçilən Pezeşkiana təbriklərini bir daha çatdırıb və seçkilərin ikinci turunda iştirakın artmasından məmnunluğunu bildirib.
İslam İnqilabının Rəhbəri, Pezeşkianın xalqın və ölkənin çoxsaylı imkanlarından istifadə edərək tərəqqi və inkişaf yolunda addımlar atmasını arzulayıb.
Ayətullah Xamenei yeni seçilmiş prezidentə uğurlar arzulayıb və ona məsləhətlər verib.
4225286

captcha