IQNA

Britaniya polisi Fələstinə dəstək verən nümayişçiləri həbs edib

10:12 - July 09, 2024
Xəbər sayı: 3496304
İQNA – London polisi sionist rejimə etiraz edən Qəzza və Fələstinə dəstək verən bir qrup nümayişçini həbs edib.

"İQNA", "Uae71" saytına istinadən xəbər verir ki, on minlərlə fələstinli tərəfdar bir araya gələrək Qəzzada dərhal atəşkəs tələb edib. Eynilə, işğalçı rejimin Qəzzada dinc əhaliyə qarşı törətdiyi cinayətlər də şiddətlə pislənilib.
Nümayiş Fələstin həmrəyliyi kampaniyası tərəfindən təşkil edilib, Rassel Meydanında başlayıb və Londonun mərkəzində böyük izdihamla müşahidə olunub.
London polisi nümayişi idarə etmək üçün 700 zabiti yerləşdirib və həmçinin bir neçə iştirakçının həbs olunduğunu təsdiqləyib.
London polisi öz hesablarında nümayişçilərin irqçi məzmunlu pankartlar daşıdığını iddia edib.
İştirakçılar arasında İşçi Partiyasının keçmiş lideri Ceremi Korbin də olub.
Korbin Fələstin məsələsinə verdiyi dəstəyə toxunaraq, "Fələstin bu seçkidə səs verdi. Britaniya hökumətindəki dəyişiklik Qəzza xalqının hələ də yuxuda öldürülməsi faktını dəyişdirmir və Fələstinin işğalına son qoyulması ədalətli və davamlı sülhün yeganə yoludur".
4225524

captcha