Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) X hesabında Qəzza zolağında uşaqların vəziyyəti ilə bağlı paylaşım edib.
Yazıda deyilir ki, "Qəzzada qida çatışmazlığı hamilə qadınlar və körpələr üçün böyük risk yaradır və uşaqlarda ölü doğum və çəki itirmə halları artıb".
Qəzza zolağında minlərlə uşaq mühasirə, müharibə və sionist rejimin humanitar yardım və tibbi ləvazimatların idxalına qadağası səbəbindən qida çatışmazlığından əziyyət çəkir.
Bazar günü Qəzza zolağında hökumətin media idarəsinin dərc etdiyi statistika göstərir ki, aclıqdan 34 uşaq ölüb, 3500 uşaq isə qida çatışmazlığı səbəbindən ölüm riski altındadır.