IQNA

Şəhid İsmayıl Həniyyə Dohada əbədiyyətə uğurlanıb

11:12 - August 03, 2024
Xəbər sayı: 3496454
İQNA - Sionistlərin sui-qəsdindən sonra şəhid olan İsmayıl Həniyyə Qətərdə qılınan cənazə namazından sonra Dohada dəfn edilib. Həniyyənin cənazə namazına milyonlarla müsəlman qatılıb.

Sionistlərin sui-qəsdindən sonra şəhid olan İsmayıl Həniyyə Qətərdə qılınan cənazə namazından sonra Dohada dəfn edilib. Həniyyənin cənazə namazına milyonlarla müsəlman qatılıb.
Həmas Siyasi Bürosunun sədri İsmayıl Həniyyə üçün cənazə namazı dəfn mərasiminin keçirildiyi Qətərin paytaxtı Dohada İmam Əbdülvəhhab məscidində qılınıb.
Mərasimdən sonra İsrail əleyhinə şüarlar səsləndirilərək, dualar və təkbirlərlə yola salınan Həniyyənin cənazəsi Dohadan 15 kilometr şimalda yerləşən Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.
HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyyənin dəfn mərasiminin keçiriləcəyi Qətərin paytaxtı Dohadakı İmam Əbdülvehhab məscidinə gələnlər mərasimə Fələstin bayraqları və Fələstin şərifləri ilə qatılıblar.

captcha