IQNA

Küveyt Quran kurslarının bağlanacağı ilə bağlı iddiaları rədd edir

11:48 - August 07, 2024
Xəbər sayı: 3496487
İQNA – Küveytin Vəqflər və Dini İşlər Nazirliyi ölkədə Quran kurslarının bağlanacağı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını açıqlayıb.

"İQNA", "Əl-Vətən" saytına istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada ölkənin bütün əyalətlərində Quran mərkəzlərinin və Quran məclislərinin fəaliyyətinin davam etdirilməsinin istəndiyi bildirilib.
Ümumiyyətlə praktikada nəzərə alınan sistematik təşkilat ölçüsünün Vəqflər Nazirliyinin tabeliyinə verilməsinin hədəfləndiyi vurğulanıb.
Nazirlik xəbərlərin etibarlı və rəsmi mənbələrdən alınmasının vacibliyini vurğulayaraq, yalan xəbər yayan şəxslər barəsində qanunamüvafiq tədbirlərin görüləcəyini bildirib.
Quran fəaliyyətləri Küveytdə məşhurdur və adətən xeyriyyə təşkilatları və bir çox başqa birliklər vasitəsilə həyata keçirilir.
Küveytdə dini fəaliyyətlərin məhdudlaşdırılması cəhdləri ilə bağlı çoxlu xəbərlər olub, Küveyt rəsmiləri bunu həmişə təkzib edib.
4230191

captcha