"İQNA", "Əl-Ərəbi" saytına istinadən xəbər verir ki, İngiltərədəki gərginlik səbəbindən bazar ertəsindən etibarən onlarla müsəlman Birmingemdə məscidə dəstək olmaq üçün küçələrdən birində toplaşıb.
Əksəriyyəti maskalı və hicablı, bəzilərinin də Fələstin bayraqları daşıyan müsəlmanlar ifrat sağçı qruplar tərəfindən təhdid edilən məscidin ətrafında qoruyucu insan zənciri əmələ gətiriblər.
Bundan əlavə, vətəndaşlar İngiltərənin cənub-qərbində yerləşən Plimut şəhərinin İslam mərkəzinin ətrafında toplaşıblar.
Birmingem müsəlmanları “Allahu Əkbər” şüarı ilə məscidə dəstək olduqlarını bəyan ediblər. Britaniya Müdafiə Təşkilatı immiqrantlara və müsəlmanlara qarşı nümayişlər və etiraz aksiyaları keçirib, həmçinin mühacirlərin qaldığı otellərə hücumlar həyata keçirib.
Parlament seçkilərində müstəqil namizəd olan Pakistan əsilli Şakil Əfsər də müsəlman qardaşlarından evdən çıxmamağı və ifrat sağçı ekstremistlərlə ünsiyyətdə olmamağı istəyib.
3 qızın bıçaqla qətlə yetirilməsi və müsəlman olduğu müəyyənləşən təcavüzkarla bağlı sosial şəbəkələrdə çaşdırıcı məlumatların yayılması ilə iğtişaşın intensivliyi daha da artıb.
London polisi öz bəyanatında etiraz hüququndan zorakılıq aktları törətmək, sakinlərə və polisə qarşı irqi və dini nifrəti qızışdırmaq üçün alət kimi istifadə edən insanlara yol verilməyəcəyini vurğulayıb.
Səlahiyyətlilər ölkə daxilindəki məscidlərdən təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyib. Polis məscidlərin ətrafında ehtiyat tədbirlərini gücləndirib.
Britaniyanın baş naziri Keir Starmer ifrat sağ hərəkatı zorakılığa səbəb olmaqda ittiham edib və polisin sərt tədbirlər görməsinə dəstək verdiyini açıqlayıb.
4230444