IQNA

Qəzzada daha 2 jurnalist şəhid olub

9:48 - August 12, 2024
Xəbər sayı: 3496512
İQNA - Qəzza hökumətinin Media İdarəsinin verdiyi yazılı açıqlamada sionist rejimin hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən Qəzza zolağında şəhid olan jurnalistlər haqqında məlumat verilib.

Bəyanata əsasən, sionist rejimin Qəzzada həyata keçirdiyi hücumlarda Fələstin Televiziyasında çalışan Təmim Əhməd Əbu Muammər və Əl-Əqsa kanalında işləyən Abdulla Mahir Əs-Susi adlı jurnalistlər şəhid olublar.
Bəyanatda fələstinli jurnalistlərin hədəfə alınması və öldürülməsi pislənilib və beynəlxalq ictimaiyyət və təşkilatlardan “sionist rejimin davam edən cinayətlərinə görə beynəlxalq məhkəmələrdə mühakimə olunması və soyqırım, qətliam və jurnalistlərə qarşı sui-qəsd cinayətlərinin dayandırılması üçün ona təzyiq göstərilməsi tələb olunub."
Beləliklə, 2023-cü il oktyabrın 7-dən sionist rejimin hücumlarına məruz qalan Qəzza zolağında şəhid olan jurnalistlərin sayı 168-ə yüksəlib.

captcha