"Bolqar.akademi"-nin verdiyi xəbərə görə, Bolqar İslam Universitetinin nəzdində iyulun 15-dən avqustun 10-dək Rusiyanın Tatarıstan Respublikasında yaşayan müsəlman ailələrin uşaqları üçün yay düşərgələri keçirilib.
Bu layihə xeyriyyə işlərində irəli getmək şüarı ilə həyata keçirilib və qızlara dini-mənəvi təlimlər sahəsində təhsil verilib.
Bu düşərgələr 2017-ci ildən Bolqar İslam Akademiyasının dəstəyi ilə təşkil olunub və həm uşaqlar, həm də onların valideynləri tərəfindən müsbət qarşılanıb.
"Uzaq Şərqin və Mərkəzi Rusiyanın müxtəlif bölgələrindən ailələr tarixi yerləri ziyarət etmək, əcdadlarının mədəniyyətini və tarixini öyrənmək, dini-mənəvi təhsil almaq üçün öz ata-baba yurdlarına gəlirlər", - deyə Primorsk diyarının müsəlmanları din idarəsinin rəisi Camal Həzrət Qərifulin bildirib.
O, həmçinin Bolqar şəhərinin Volqaboyu və bütün Rusiyada İslam dininin doğulduğu yer olduğunu xatırladıb.
Bolqar şəhərində olduqları müddətdə uşaqlar tarixi yerləri ziyarət edib, idman tədbirlərində iştirak edib, ağ məsciddə namaz qılıb, Quran oxuyublar.
Bu cür fəaliyyətlər sayəsində İslam mədəniyyətinin mənşəyindən uzaq yaşayan uşaqlar öz əcdadlarının tarixinə, adət-ənənələrinə mənsub olduqlarını hiss etmək imkanı əldə edirlər. Bu, Rusiyada İslam mədəniyyətinin qorunub saxlanmasına və inkişafına mühüm töhfə verir.
4231359