Qurani-Kərim əhdi pozan və həddi aşmış yəhudi dəstəsini mötədil qrupdan ayırır: “Onlardan mötədil və düz olan bir dəstə var. Çoxlarının gördüyü işlər pisdir” (Maidə, 66). Birinci qrup üçün tarix boyu bir çox mənfi xüsusiyyətlərə işarə edir. Bu xüsusiyyətlər arasında irqçilik və millətçilik hissi var. Görkəmli yəhudi tədqiqatçısı Leon Simon hesab edir ki, xristianlıqdan fərqli olaraq yəhudilik heç bir şəkildə fərdin ruhunun xilasını təbliğ etmir, yəhudiliyin bütün ideya və konsepsiyaları yəhudi xalqının varlığına bağlıdır. (Henri Ford, Beynəlxalq Yəhudi).
Qurani-Kərim yəhudi millətinin irqi üstünlüyü və onların başqalarından fərqli olmaları barədə yalan iddiaları tənqid edir. O cümlədən, "biz Allahın övladları və sevimliləriyik" ayəsi (Maidə, 18), "yəhudi olmayan heç kim Cənnətə girməz" (Bəqərə, 111) və hətta onların günahkarları. "Və dedilər: Onların günahkarları belə bir neçə gündən artıq cəza çəkməyəcək" (Bəqərə, 80).
Qurani-Kərim bu iddiaları müxtəlif cür tənqid edir: Məsələn, onların Allahdan bir dəlili və vədi varmı, yoxsa bunu sadəcə olaraq Allaha aid edib-etmədiklərini soruşur: “Və dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz. De: Allah tərəfindən bir əhd-peyman almısınız – ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz – yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!” (Bəqərə, 80). “De: Əgər Allah yanında olan axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa, əgər doğruçusunuzsa onda ölümü arzulayın”. (Bəqərə, 94).
İrqin üstünlüyünə inam başqalarının əmanətinə cavabdeh olmamağın dəlillərindən biridir. Qurani-Kərimdə buyurulur: “Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər” (Ali-İmran, 75); yəni onlar inanırdılar ki, kitab əhli olmayanlar haqqında etdiyimiz hər bir iş bizə günah deyil.
Buna görə də bu yəhudi qrupu üçün ifrat etnosentrizm və millətçilik səmavi din kimi qəbul edilmişdir. “Quran”, əksinə olaraq, bütün irqi, firqə, qəbilə, iqtisadi, əqli, sosial və hərbi ayrıseçkiliyi rədd edərək, fəzilət və ləyaqət meyarı olaraq təqvanı təqdim edir: “Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər” (Hücurat, 13). Bu ayədə üç mühüm prinsip ardıcıllıqla qeyd edilmişdir: Kişi və qadının yaradılmasında bərabərlik prinsipi, insan xüsusiyyətlərinin fərqliliyi prinsipi və təqvanın üstünlük meyarı olması prinsipi.