Əl-Dəstur saytının verdiyi xəbərə görə, 14 avqustda başlayan yarmarka 18 avqusta qədər davam edəcək. Yarmarkada çap edilmiş Mushəflər, təfsir kitabları və digər Quran elmləri ilə bağlı kitablar, həmçinin dünyanın müxtəlif ölkələrindən nəşriyyatların əqaid, fiqh və digər İslami elmlərlə bağlı kitabları ziyarətçilərin ixtiyarına verilir.
Misirdəki İslami qurumlardan biri olan Müsəlman Alimlər Şurası da yarmarkada 220-dən çox kitabla mühüm yer tutur.
İndoneziya İslami Kitab Yarmarkasında müsəlmanların üzləşdiyi müxtəlif mövzular, problemlər və çətinliklər haqqında seminarların təşkili də daxil olmaqla müxtəlif mədəni və intellektual proqramlar da həyata keçirilir.
Seminarlar arasında ən önəmli mövzulara iqlim dəyişikliyi ilə bağlı əxlaqi tərbiyənin və məsuliyyətin rolunun əhəmiyyəti, qlobal vətəndaşlıq dəyərlərinin təbliğində dini dəyərlərdən və təlimlərdən istifadə yolları və digər mövzular daxildir.