Türkiyə Respublikasının Nəcəf Baş Konsulluğu və TİKA tərəfindən, Hz. Məhəmmədin (s.a.s) nəvəsi Hz. İmam Hüseynin şəhid edilməsinin qırxıncı günü münasibətilə toplanan müsəlmanlara xidmət etmək üçün yardım çadırları açılıb.
Nəcəf Baş Konsulu Cafer Olcay Karakaşın şəxsən iştirak etdiyi və ziyarət etdiyi yardımlarda, İraq və Türkiyə başda olmaqla dünyanın müxtəlif bölgələrindən gələn müsəlmanlar, Kərbəlada İmam Hüseyn və yoldaşlarının şəhadətinin qırxıncı gününü anırlar.
Türkiyə Nəcəf Baş Konsulluğunun sosial media üzərindən verdiyi məlumata görə, ilk çadır, Həsən Bayati rəhbərliyindəki Bayat boyunun üzvlərinin xidmət göstərdiyi Ümmül Bəniyyə Hüseyniyyəsində qurulmuş və qonaqlara yardımlar təqdim edilmişdir.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bağdad Ofisi tərəfindən qurulan ikinci çadır isə Nəcəfin Haydariyyə bölgəsindəki İmam Mehdi Al Muntezir Hüseyniyyəsində xidmət göstərməyə başlamışdır. TİKA Başçısı Serkan Kayalar, sosial media hesabından bu açıqlamanı verib: "TİKA olaraq İraqdakı Ərbəin Yürüşünə qatılan qardaşlarımızla yeməyimizi bölüşürük. Hz. Hüseyn və yoldaşlarının şəhid edilməsini anan qardaşlarımız üçün Nəcəfdə yardım çadırı açdıq. Çadırda Türkmən qardaşlarımızın dəstəyi ilə yardımlar göstəriləcək."
T.C. Nəcəf Baş Konsulu Cafer Olcay Karakaş, Nəcəfdə Türkiyə vətəndaşları tərəfindən qurulan Zeynəbiyyə-Zəhra Ana Ərbəin Çadırını da ziyarət etdi.
Baş Konsul Karakaş, Zeynəbiyyə çadırında göstərilən xidmətləri tərifləyərək, səlahiyyətliləri göstərdikləri səylər və ziyarətçilərə göstərilən diqqətli xidmətlər üçün təbrik etdi.
Mənbə: Ulusal Kanal