İsveçdə bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə paytaxtın Odenplan bölgəsində toplaşan insanlar İsraildən Qəzzada törətdiyi “müharibə cinayətlərinə” son qoymasını tələb ediblər.
Aksiya zamanı onlar əllərində “Qəzzada uşaqlar öldürülür”, “Soyqırımı dayandırın” və “Əbədi olaraq Fələstin” yazılı plakatlar qaldırıblar.
"Fələstinə azadlıq", "Soyqırımçı İsrail", "İsrailə boykot" kimi şüarlar səsləndirən yüzlərlə insan daha sonra Stokholm Bələdiyyəsinə yürüş edib.
Aksiyada ABŞ və İsveçin İsrailə verdiyi dəstəyə reaksiya verilib və iki ölkənin İsrailin törətdiyi “müharibə cinayətləri”ndə şərik olduğu vurğulanıb.
AA