IQNA

Ötən həftə Məscidün-Nəbidə beş milyondan çox insan camaat namazı qılıb

10:07 - September 02, 2024
Xəbər sayı: 3496603
İQNA - Mədinə şəhərindəki Məscidün-Nəbi, rəsmi məlumatlara görə, keçən həftə 5 milyondan çox müsəlmanı qəbul edib.

"Əl-Mübaşir" jurnalının verdiyi xəbərə görə, Məscidün-Nəbi rəsmilərinin verdikləri məlumata əsasən, ötən həftə 5 milyon 735 min 16 zəvvar bu məscidə gələrək camaatla birlikdə namaz qılıb.
Məscidün-Nəbəidə zəvvarlara və ibadət edənlərə göstərilən xidmətlərlə bağlı statistik hesabatlara görə, 527 min 152 zəvvarın Həzrət Məhəmmədin (s) məqbərəsinin yerləşdiyi Rəvzətuş-Şərifi ziyarət etdiyini açıqlayıb.
Həmin həftə ərzində müxtəlif millətlərdən olan 26 min 811 nəfər məsciddə göstərilən çoxdilli ünsiyyət xidmətlərindən istiadə edib.
Bundan əlavə, Məscidün-Nəbidə zəvvarlara və ziyarətçilərə zəmzəm suyu paylanılıb, oruc tutan zəvvarlara 257 mindən çox iftar süfrəsi verilib.
4234203

captcha