İşğalçı İsrail qüvvələri 10 günlük işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri və düşərgəsindən böyük dağıntılar buraxaraq geri çəkildi.
İşğalçılar onlarla insanın ölümü və yaralanması ilə nəticələnən hücumlarının ardından 10 gün ərzində şiddətli və davamlı hücum etdikləri Cenin şəhəri və düşərgəsindən geridə böyük dağıntılar buraxaraq geri çəkildilər.
Ceninlilər hücum edən işğalçılara qarşı böyük müqavimət göstərdilər. Müqavimətçilər işğalçılara ağır itkilər verdilər.
Sionist İsrail qüvvələri Cenin şəhərinin əsas yolları, qaçqın düşərgəsi və şəhərin şərqindəki məhəllə də daxil olmaqla infrastruktura böyük ziyan vurub. Sözügedən ərazidə tikinti texnikası tərəfindən aparılan qazıntı və dağıntılar nəticəsində su, elektrik və kommunikasiya xətləri kəsilib.