IQNA

Çində mövcud olan ən qədim Qurani-Kərim nüsxəsi / video

2:49 - September 08, 2024
Xəbər sayı: 3496643
İQNA – Çində tapılan ən qədim Qurani-Kərim nüsxəsi Çinxay əyalətindəki bir məsciddə sərgilənir.
kod

Xəbərə görə, hər gün təxminən altı min ziyarətçi bu əyalətə bu nüsxəni görmək üçün gəlir. Quranın bu əlyazma nüsxəsinin 11-13 əsr əvvələ aid olduğu təxmin edilir.
Əlyazma nüsxəsi 867 səhifə, 30 cüz və təxminən 13 kq ağırlığındadır. Mütəxəssislər və sənətkarlar tərəfindən bərpa edilən bu Quran əlyazması 2007-ci ildən oksigen, temperatur və rütubət səviyyələrinə nəzarət edən sistemli xüsusi şüşə qaba yerləşdirilib.
867 səhifəlik bu qədim Quran nüsxəsi iki hissəyə bölünüb, biri ipəklə örtülmüşdür.
Deyilənə görə, “Salar” xalqının əcdadları 700 il əvvəl Orta Asiyadan Çinə köçüb, özləri ilə mürəkkəblə yazılmış bu Quran nüsxəsini Çinə gətiriblər.
Hər gün Qinghai və qonşu Qansu əyalətində yaşayan, əksəriyyəti müsəlman olan təxminən 6 min insan Quranın bu nüsxəsini görmək üçün Jiezi məscidinə gedir.
4233997

captcha