IQNA

Qatil İsrail Rəfahdakı evləri dağıdıb

12:06 - September 15, 2024
Xəbər sayı: 3496682
İQNA - Oktyabrın 7-dən etibarən Qəzzada hücumları Rəfah şəhərində davam etdirən işğalçı İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Cəbəliyə düşərgəsində fələstinli qaçqınların sığınacağını dağıdıb.

Əl-Məyadin-in verdiyi məlumata görə, sionist rejim ordusu Qəzzanın cənubundakı Rəfah şəhərinin qərbində quru və hava hücumlarında fələstinlilərin evlərini dağıdıb və onların köçmək məcburiyyətində qaldıqları şəhərin təhlükəsiz bölgə olduğunu iddia edib.
Qəzzanın şərqindəki Tuffah rayonunda yaşayış məntəqələrinin bombalanması nəticəsində 4-ü uşaq və 3-ü qadın olmaqla azı 9 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb. Ötən saatlarda Qəzza zolağının mərkəzindəki Əl-Maqazi düşərgəsi də bombalanıb.
Rejimin artilleriya bölmələri bu zolağın mərkəzində yerləşən Nüseyrat düşərgəsinin şimal bölgələrini də atəşə tutub.

captcha