Berlin saytının verdiyi məlumata görə, Almaniyada gündəlik həyatda ayrı-seçkilik halları günü-gündən artır. Bu, Almaniyanın Ayrı-seçkiliyə Qarşı Mübarizə İdarəsindən kömək istəyənlərin sayında özünü göstərir.
Bu qurumun dərc etdiyi yeni hesabata görə, Almaniyada mövcud ayrı-seçkiliyə qarşı qanunlar bu fenomenlə mübarizə aparmaq üçün kifayət deyil.
Hesabatın müəllifləri Almaniya hökumətini ayrı-seçkiliyə qarşı mövcud qanunları dəyişdirməyə çağırıblar.
Bildirilməyən ayrı-seçkilik hallarının sayının çox olduğu da düşünülür. Buna görə də, ayrı-seçkiliyin daha çox növlərinə də şamil olmaq üçün mövcud qanunun əhatə dairəsini genişləndirmək vacibdir.
Başqa bir hesabatda qeyd olunur ki, Almaniyanın mövcud ayrı-seçkiliyə qarşı qanunları Avropada ən zəif qanunlar sırasındadır.
Bu hesabat göstərir ki, ötən il oktyabrın 7-dən Almaniyada İslam və müsəlmanlara qarşı aksiyalar xeyli artıb.
4236562