IQNA

Qəzzada şəhidlərin sayı 41 min 206-ya yüksəlib

8:48 - September 16, 2024
Xəbər sayı: 3496691
İQNA - Sionist rejimin oktyabrın 7-dən Qəzzada həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 41 min 206 nəfərə, yaralıların sayı isə 95 min 337 nəfərə çatıb.

Qəzzanın Səhiyyə Nazirliyi işğalçı sionist rejimin həyata keçirdiyi hücumlarda Qəzzada hazırkı şəhid və yaralıların sayı barədə məlumat verib.
Açıqlamada işğalçı rejimin son 24 saat ərzində həyata keçirdiyi 3 hücumda 24 nəfərin şəhid olduğu, 57 nəfərin yaralandığı bildirilib.
Belə ki, Nazirlik oktyabrın 7-dən Qəzzada şəhidlərin sayının 41 min 206-ya, yaralıların sayının isə 95 min 337-yə yüksəldiyini qeyd edib.
Açıqlamada bir çox ölənin hələ də dağıntılar altında və yollarda olduğu, lakin işğalçı rejimin təcili yardım və mülki müdafiə qruplarının onları çıxara bilməsinə mane olduğu bildirilib.

4236675

captcha