"İQNA"-nın "Bağdad Əl-Yəvm" saytına istinadən verdiyi xəbərə görə, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Seyid Həsən Nəsrullah və səhabələrinin şəhadəti münasibəti ilə bütün İraqda üç günlük matəm elan edib.
İraqın baş naziri sionist rejimin Livanın Hizbullah hərəkatının mərhum baş katibi Seyid Həsən Nəsrullahı şəhid etmək cinayətini qəti şəkildə pisləyib və deyib: "Bu rejim bütün qırmızı xətləri keçib".
İraqın baş naziri Nəsrullahın digər şəhidlər kimi öz canını sionist rejimlə qarşıdurmada fəda etməsinə işarə edərək dedi: "Beyrutun cənubundakı bu cinayət əməli sionist rejimin regionun bütün xalqlarına və təhlükəsizliklərinə qarşı müharibəni genişləndirmək istəyini göstərir".
Əs-Sudani sözünə belə davam edib: "Fələstin məsələsi və qardaş ölkə Livanın sionist rejimin təcavüzü ilə qarşıdurması da daxil olmaqla mühüm məsələlər xalqların son qələbəyə nail olacağını göstərir".
O, İraqın Fələstin və Livan xalqlarının dəstəyi ilə bağlı prinsipial mövqelərini vurğulayaraq dedi: "Bu mövqelər qardaş xalqlara yardımı mütləq və məcburi edən beynəlxalq qanunlara, humanist və əxlaqi prinsiplərə əsaslanır".
4239196