IQNA

Netanyahunun Nəsrullahın terror edilməsinə reaksiyası

11:04 - September 30, 2024
Xəbər sayı: 3496773
İQNA - Sionist rejimin baş naziri Seyid Həsən Nəsrullahın terror edilməsinə verdiyi ilk sərt reaksiyada İsrailin işlərinin hələ bitmədiyini və yaxın günlərdə daha çox tədbir görəcəyini bildirib.

"Əl-Cəzirə"nin verdiyi məlumata görə, Netanyahu təkəbbürlə iddia edib ki, Nəsrullahın vəzifəsindən kənarlaşdırılması regionda qüvvələr balansının dəyişdirilməsi üçün zəruri şərt idi.
"Hazırda tarixi bir dəyişikliklə üz-üzəyik və Nəsrullahın vəzifədən kənarlaşdırılması əvvəlcədən müəyyən edilmiş məqsədə, yəni şimal (işğal olunmuş ərazilər) sakinlərinin öz evlərinə qayıtması istiqamətində mühüm addımdır" İddiasını irəli sürən Netanyahu böyük uğur əldə etdiklərini, lakin işlərinin hələ bitmədiyini və qarşıdakı günlərin çətinliklərlə dolu olacağını bildirib.
Lakin bütün bu açıqlamaları verərkən, görünür, sionist rejimin Əqsa tufanı əməliyyatında aldığı ağır məğlubiyyətləri unudub.
Cümə günü axşam Netanyahu Nyu-Yorkda olarkən sionist rejim ordusu Beyrutun cənub bölgələrinə hücumlar edib və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah şəhid olub.
Bundan əlavə, hücumda qadın və uşaqlar da daxil olmaqla yüzlərlə insan, eləcə də Livan Hizbullahının digər rəsmiləri və üzvləri şəhid olub, çoxlu sayda insan yaralanıb.
 4239399

captcha