IQNA

Oman müftisi Livan Hizbullahının baş katibinin şəhid olması ilə bağlı başsağlığı verib

9:27 - October 01, 2024
Xəbər sayı: 3496777
İQNA – Oman müftisi bildirib ki, Seyid Həsən Nəsrullah 30 ildən artıqdır ki, sionist rejimin boğazında tikan olub.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, müfti Şeyx Əhməd Əl-Xəlili onun şəhadətinə bütün İslam ümmətinin yas tutduğunu vurğulayıb.
O, həmçinin bildirdi ki, onlar Uca Allahdan qatil sionistlərə qarşı müqavimət oxunu sabitləşdirməsini arzulayırlar.
Əl-Xəlili ümidvar olduğunu bildirib ki, Nəsrullahın yerinə kim gəlsə, onun yolu ilə gedə və boşluqları doldura bilər.
O, son olaraq müsəlmanların birləşərək aralarında ixtilaf yaradan problemləri həll etmələrini arzulayıb.
4239396

captcha