IQNA

Nikaraqua İsraillə diplomatik əlaqələri kəsib

10:48 - October 13, 2024
Xəbər sayı: 3496850
İQNA – Nikaraqua Qəzzada törədilən cinayətlər və soyqırımlara görə sionist rejimlə diplomatik əlaqələri rəsmən kəsdiyini elan edib.

Nikaraqua hökuməti bəyanat yayaraq, sionist rejimin Fələstin torpaqlarına hücumlarına görə bu rejimlə diplomatik əlaqələri kəsmək qərarına gəldiklərini açıqlayıb.
Nikaraquanın vitse-prezidenti Rosario Murillo ölkəsinin İsraillə diplomatik əlaqələri kəsmək qərarına gəldiyini bəyan edib və sionist rejimi “faşist” və soyqırımçı kimi xarakterizə edib.
Murillo açıqlamasında deyib: “Prezidentimiz Xarici İşlər Nazirliyindən faşist və qatil sionist rejimlə diplomatik əlaqələrin kəsilməsi yolunda davam etməsini istəyib”.

captcha