"Əl-Qüds Əl-Ərəbi" xəbər verir ki, Nyu Cersi ştatından olan bir şəxs Rutgers Universitetinin İslam Həyatı Mərkəzində əmlaka ziyan vurmaqda, ABŞ federal qanunlarını pozmaqda və “İslama qarşı nifrət cinayəti” törətməkdə təqsirli bilinib.
Amerikalı şəxs bu hərəkəti ötən ilin aprelində Ramazan bayramı zamanı törədib.
ABŞ Ədliyyə Nazirliyi 24 yaşlı Ceykob Biçerin Rutgers Universitetinin İslam Mərkəzinə hücum edərək içindəki əşyalara zərər verdiyini açıqlayıb.
Ədliyyə Departamentinin Mülki Hüquqlar Şöbəsindən baş prokurorun köməkçisi Kristen Klark Biçerin hərəkətlərinin ciddiliyini vurğuladı.
Bu arada insan haqları qrupları da sionist rejimin Qəzza və Livanda müharibəsinin başlanğıcından müsəlmanlar, ərəblər və amerikalı yəhudilərə qarşı təhdidlərin artdığını elan ediblər.
ABŞ-da amerikalı müsəlmanlarla əlaqəli son zorakılıq hadisələri qeydə alınıb.
Bunlara Texasda 3 yaşlı müsəlman qızı boğmaq cəhdi, İllinoys ştatında 6 yaşlı müsəlman uşağın ölümünə səbəb olan bıçaqlanma hadisəsi, Kaliforniyada Fələstin tərəfdarı nümayişçilərə hücum və s. qeyd etmək olar.
4241767