IQNA

Qərbi Afrika Quran müsabiqəsi Mavritaniyada keçiriləcək

5:56 - October 16, 2024
Xəbər sayı: 3496875
İQNA – Qərbi Afrika ölkələri üçün Quran hifzi yarışmasına Mavritaniya ev sahibliyi edəcək.

"Əkaz" qəzetinin verdiyi məlumata görə, Mavritaniya Dini İşlər və Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqə Səudiyyə Ərəbistanı Dini İşlər, Rəhbərlik və Təbliğ Nazirliyinin nəzarəti altında 15-19 oktyabr tarixləri arasında keçiriləcək.
Dünyanın 16 ölkəsindən 136 nəfərin qatılacağı yarışmada beş münsif üzvü Quran müsabiqəsini, beş münsif üzvü isə Peyğəmbərin (s) sünnəsi yarışmasını qiymətləndirəcək.
Müsabiqəyə qiymət verən münsiflər heyəti Quran tilavəti və hədis elmləri üzrə mütəxəssislərdən ibarət olacaq.
Təşkilatçılar müsabiqənin müsəlman gənclər və uşaqlar arasında mötədilliyi və təmkinli olmağı təşviq etmək məqsədi daşıdığını bildiriblər.
Onlar həmçinin bildiriblər ki, məqsəd müsəlman uşaqları Qurana və Peyğəmbərimizin (s) sünnəsinə yönəltmək, eləcə də iştirakçı ölkələr arasında dini, sosial və mədəni sahələrdə əməkdaşlığı artırmaq üçün Mavritaniyada Quran yarışları təşkil etməkdir..
Quran yarışı dörd kateqoriya üzrə keçiriləcək. “Məhəmməd Peyğəmbərin (s) sünnəsi” müsabiqəsinə seçilmiş kitab və mənbələrdən 250-400 hədisin əzbərlənməsi də daxildir.
Müsabiqənin bağlanış mərasimi oktyabrın 19-da baş tutacaq. Qaliblərə 1 milyon 218 min riyal pul mükafatı veriləcək.
4242432

captcha