IQNA

Qəzzədə şəhidlərin sayı 42 min 603-ə yüksəlib

9:30 - October 21, 2024
Xəbər sayı: 3496898
İQNA – Fələstin Səhiyyə Nazirliyi sionist rejimin Qəzzə zolağında bir ildən artıqdır həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayının artaraq 42 min 603 nəfərə çatdığını bildirib.

İşğalçı sionist rejim 380 gündür ki, Qəzzə zolağını hədəfinə çevrib. Beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq bölgədə intensiv hücumlarını davam etdirən işğalçı qüvvələr bölgədə dinc insanları hədəfə alaraq sözün əsl mənasında soyqırım həyata keçirirlər.
Fələstin Səhiyyə Nazirliyinin bəyanatında sionist rejim ordusunun son 24 saat ərzində həyata keçirdiyi 7 hücumda 84 fələstinlinin həyatını itirdiyi, 158 fələstinlinin isə yaralandığı qeyd edilib.
Nazirlik bildirib ki, sionist rejimin Qəzzə zolağında bir ildən artıqdır həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı 42 min 603 nəfərə, yaralıların sayı isə 99 min 795 nəfərə çatıb.

captcha