"Əl-Masry Əl-Yəvm" saytının verdiyi xəbərə görə, Misirin vəqflər naziri Üsamə Əl-Əzhari Sankt-Peterburqda olub. Sankt-Peterburqda “Ənənəvi dinlərdə mənəvi-əxlaqi dəyərlərin rolu və müasir dünyada fərqliliklər və irqlər arasında dialoq dəyərlərinin gücləndirilməsi yolları” adlı birinci beynəlxalq dini konfransın proqramlarında iştirak etdikdən sonra , o, bu ölkədəki Göy məscidi ziyarət edib.
Vəqflər naziri camaat imamı kimi günorta namazını qıldıqdan sonra bu məscidə Misir Milli Müshəfini hədiyyə etdi.
Misirin vəqflər naziri, həmçinin Əl-Əzhərin aparıcı alimlərindən biri olan Məhəmməd Əyad Əl-Təntavinin Sankt-Peterburqdakı məqbərəsini də ziyarət edib.
Əl-Əzhər alimi Təntavi 21 il Sankt-Peterburqda yaşamış, ərəb dilini və İslam elmlərini mükəmməl mənimsəmiş, müxtəlif din və məzhəblərdən olan digər alim və ziyalılarla dürüstlük və qardaşlıq bağı qurmuş, intellektual dini söhbətlərdə nümunə olmuşdur.
Qeyd edək ki, Sankt-Peterburqdakı Göy məscidin 110 yaşı var. O, hündürlüyü 49 metr olan iki qüllə formalı minarəsi və firuzəyi kaşılarla bəzədilmiş 39 metr hündürlüyündə günbəzi ilə diqqət çəkir.
Sankt-Peterburq şəhərində əsasən tatar, azəri, qazax, özbək, qırğız, tacik, çeçen və ərəb olmaqla 22 müxtəlif millətdən olan müsəlmanlar yaşayır.
4243114