Mavritaniya xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı kralı “Kral Salman ibn Əbdül-Əziz Əl-Səud” adına keçirilən yarış oktyabrın 15-də başlayıb və oktyabrın 18-də başa çatıb.
Müsabiqə iki kateqoriya üzrə təşkil olunub: Quran hifzi və Peyğəmbər (s) hədisləri üzrə və 16 ölkədən 16 təmsilçinin iştirakı ilə keçirilib.
Bağlanış mərasimində akademiklər, diplomatik xadimlər və Mavritaniya Alimlər İttifaqının baş katibi iştirak edib. Mərasimin sonunda Qərbi Afrika Quran və Hədis yarışlarının qalibləri mükafatlandırılıb.
Quran əzbəri kateqoriyasında Mavritaniyadan Mahi Əhmədun, Qanadan Əbdüs-Saməd Adəm, Mavritaniyadan Seyyid Mahmud Seyyid Məhəmməd və Malidən Musəb Munqani qaliblər arasında olub.
Həzrət Peyğəmbərin (s) hədislərini əzbərləmək kateqoriyasında Mavritaniyadan Seyid Məhəmməd Məhəmməd Mahmud Dehman, Seyid Məhəmməd Məhəmməd Əl-Əmin, Əhməd Mahmud İshaq və Məhəmməd Mahmud Məhəmməd Əbak qalib olaraq təqdim edilərək mükafatlandırılıblar.
4243357