Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi tərəfindən dərc edilən bəyanatda sionist parlamentin (Knesset) Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə son qoyulması qərarını pisləyib.
Nazirlik həmçinin bu qurumun Fələstin xalqına, xüsusən də Qəzzada davam edən müharibənin ortasında humanitar yardımın çatdırılmasında rolunu vurğulayıb.
Birləşmiş Ərəb Əmirlikləri UNRWA və digər BMT agentliklərinin öz humanitar missiyalarını təhlükəsiz, tez və davamlı şəkildə yerinə yetirmələrinin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, sionist parlamenti (Knesset) Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) işğal olunmuş Fələstin torpaqlarında fəaliyyətinə son qoymaq üçün qanun layihəsini qəbul edib.