"Əl-Cəridə" saytının verdiyi xəbərə görə, Küveytin Vəqflər və Dini İşlər Nazirliyi müsabiqənin bu ölkənin əmiri Şeyx Məşəl Əhmədin nəzarəti altında keçiriləcəyini bildirib.
Müsabiqənin İdarə Heyətinin sədri Bəndər Əl-Nəsəfi keçirdiyi mətbuat konfransında Küveytin Qurani-Kərimi və İslami təlimləri yaymaq əzmini vurğulayıb.
O, həmçinin bildirib ki, bu tədbir Küveytin İslama xidmət və Quranın xalqlar arasında mövqeyini möhkəmləndirmək səylərinin davamıdır.
Müsabiqə 2010-cu ildə yarandığı gündən bütün dünyada gəncləri Quran əzbəri, qiraəti və təcvid vasitəsilə Vəhy Kəlamı ilə məşğul olmağa təşviq edir.
Müsabiqənin beş kateqoriya üzrə keçiriləcəyini bildirən Əl-Nəsəfi bunları belə sıraladı: Quranın tam əzbərlənməsi, on qiraətlə Quranın hifzi, qiraət və tərtil, uşaq hafizlərə məxsus xüsusi Quran əzbəri və Qurana xidmət edən ən yaxşı texniki layihə.
Münsiflər heyətinin və iştirakçıların 85 ölkədən olacağı yarışmada indiyədək iştirakçı sayı 75 ölkədən 127 nəfərdir ki, onlardan 75-i əzbər, 16-sı on qiraət, 13-ü qiraət və tertil kateqoriyası və 23-ü uşaq hafizlərin Quran əzbərləməsi kateqoriyası üzrə yarışacaq.
Küveyt Mükafatlı Quran Yarışmasının rəhbər komitəsinin sədri bu günlərdə qeyd edib ki, “Öyrəndiyiniz kimi oxuyun” mövzusunda sərgi keçiriləcək və sərgidə müxtəlif əzbər üsulları və məktəbləri və onların əzbərləmə üsulları üzrə inkişafları nümayiş etdiriləcək.
4247117