"Saraha News" saytının verdiyi məlumata görə, Rusiya və Qətərin birgə layihəsinə uyğun olaraq noyabrın 9-da Moskva Böyük Məscidində “Quran aləmi” sərgisi və “İslam kinosu həftəsi” festivalı başlayıb və noyabrın 24-dək davam edəcək.
Moskva Beynəlxalq Quran Oxuma Yarışmasının təşkilat komitəsinin sədri, Rusiya Müsəlmanları Dini İdarəsinin sədr müavini Ruşen Abyasev bu sərgidə uşaqlar və böyüklər üçün xüsusi proqramların yer alacağını açıqlayıb. O, əlavə edib ki, ziyarətçilər Peyğəmbərimizin (s) dövründə Məkkə və Mədinə havasını yaşamaq imkanı əldə edəcəklər.
Ruşen Abyasev bildirib ki, sərgi ilə yanaşı, İslam kinosu istehsalının nümayişi üçün Moskvanın Böyük Məscidində sərgi ilə eyni vaxtda İslam Kinosu Həftəsi festivalı keçiriləcək.
Onu da qeyd edək ki, 6-8 noyabr 2024-cü il tarixləri arasında Moskva Böyük Məscidində 9 Afrika ölkəsi də daxil olmaqla, 30-dan çox ölkədən alimlərin iştirakı ilə 22-ci Moskva Beynəlxalq Quran qiraəti müsabiqəsi keçirilib.
4247182