Tehranda keçirilən Şəhər Şurasının iclasında bəzi prospekt və küçələrin adlarının dəyişdirilməsi təklifi qəbul edilib.
Buna görə; Fələstini Şomali küçəsinin yeni adı Şəhid İsmayıl Həniyyə küçəsi olacaq.
Tehran Şəhər Şurasının üzvü Mandaripur bildirib ki, Cihad meydanı ilə Altıncı məhəllədə Retüşti Qərbi küçəsi arasında yerləşən Cuybar küçəsinə də şəhid Yəhya Sinvarın adı verilə bilər.
Mandaripurun sözlərinə görə, həmçinin Nelson Mandela bulvarı ilə Şəhid Müdərris şossesi arasındakı ərazidə yerləşən Səba bulvarının adının şəhid Seyid Rəzi Musəvinin adı ilə dəyişdirilməsi təklif edilir.
Nelson Mandela bulvarı və Şəhid Müdərris şossesi üzərində yerləşən İrəc küçəsinə yeni ad verildiyini bildirən Mədənipuri, "bu küçənin adı dəyişdirilərək sionistlərin 2024-cü il aprelin 1-də İranın Dəməşqdəki konsulluq binasında hücumunda şəhid olan general Məhəmməd Rza Zahidi olub" dedi.
Mədənipuri “Şəhid Kavə bulvarı ilə Şəriəti küçəsi arasında yerləşən Səba bulvarı mərhum Həsən İrlunun adını daşıyacaq” dedi.
İran İslam Respublikasının Yəməndəki keçmiş səfiri Həsən İrlu 2021-ci il dekabrın 21-də səhər saatlarında vəfat etmişdi.
Şəhid Ayətullah Həkim şossesi ilə Cəlali Əl Əhməd şosesi arasında yerləşən Nəsr küçəsinin adı Şəhid Seyid Nəsrullah olaraq dəyişə bilər.