IQNA

Sionistlər Qüdsdə bir məscidi dağıdıblar

2:59 - November 16, 2024
Xəbər sayı: 3497061
İQNA - Sionist işğalçılar Şərqi Qüdsün Caba rayonunda bir məscidi dağıdıblar.

"Əl-Qüds" saytının verdiyi xəbərə görə, 350-dən çox işğalçı mühacir sionist polisin dəstəyi ilə Məscidül-Əqsanın həyətlərinə basqın ediblər. İşğal qüvvələri səhər saatlarında Məqarabə qapısını fələstinlilərin üzünə bağlayıb. Yüzlərlə sionist köçkün Əl-Əqsa məscidinə hücum edərək, dini ayinlər və Talmud mərasimlərini icra ediblər.
Həmçinin işğalçıların buldozerləri Qüdsün şərqindəki Caba rayonunda bir məscid və müxtəlif təyinatlı bir çox binanı dağıdıb.
Qüds ətrafındakı şəhərlərdə 80-dən çox ailə yaşayır. "Arab Cehalin" kəndində işğalçı rejim bir çox binanın sökülməsi üçün işarələr qoyub.
İşğalçı qüvvələr İordan çayının qərb sahilinin müxtəlif bölgələrində intensiv hücumlarını davam etdirib. Bu hücum zamanı düşərgədəki işğalçı İsrail əsgərlərinin açdığı güllələrdən biri gənc olmaqla 5 fələstinli yaralanıb.
4247888

captcha