IQNA

Həzrət Abbas (ə) hərəmində Fatimiyyə günləri münasibəti ilə xorla Quran tilavəti

11:13 - November 19, 2024
Xəbər sayı: 3497084
İQNA - Qadın Qurani-Kərim Mərkəzi Fatimiyyə günləri və Həzrət Zəhranın (s) şəhadəti münasibəti ilə Həzrət Abbas (ə) hərəmində əzadarlıq məclisi keçirib və “Fəcr” surəsinin tilavət edib.

"İQNA"-nın "Əl-Kəfil"-ə istinadən verdiyi xəbərə görə, bu mərasim Fatimiyyə günləri münasibəti ilə Həzrət Abbas (ə) hərəminin qadın Qurani-Kərim mərkəzinin Əl-Bərakiyyə Mərkəzindəki şöbəsində keçirilib və "Əs-Sadiqə" qrupunun "Fəcr" surəsinin tilavəti ilə başlayıb.
Həmçinin proqramın davamında Həzrət Zəhranın (s) müsibətindən və Həzrət Zəhranın (s) ailəsinin üzləşdiyi zülmlərdən bəhs edən müxtəlif tədbirlər həyata keçirilib.
Həzrət Abbas (ə) Hərəminin Qadınlar üçün Qurani-Kərim Mərkəzinin rəhbəri Mənar Əl-Cuburi bununla bağlı deyib: "Həzrət Zəhranın (s) şəhadəti matəmdə qəsidə oxunması, onun ailəsi və övladlarının nəcabətli analarını itirdikdəki qəmlərinin nümayişi və Fərəc duasının oxunması mərasimin proqramına daxil edilib".
O əlavə etdi: Bu proqram Həzrət Abbas (ə) Hərəminin Qadın Quran Mərkəzinin əza məclislərinin təşkilində davamlı səylərinə uyğun olaraq həyata keçirilib ki, bu da bu mərkəzin dini irsin qorunması və qadınların mənəvi şüurunun gücləndirilməsi missiyasının bir hissəsidir.
Bu hesabata görə, Həzrət Abbas (ə) Hərəminin Qadın Quran Mərkəzi bu cür fəaliyyətlər həyata keçirməklə cəmiyyətdə Əhli-Beytin (ə) xatirəsini və adını diriltməyə, onlara məhəbbəti gücləndirməyə, dini və bəşəri dəyərləri təsis etməyə çalışır.
4248939

captcha