"Əl-Ərəbi Əl-Cədid" internet saytının verdiyi xəbərə görə, İordaniya hücumu terror hücumu kimi qiymətləndirib.
İordaniya Baş Təhlükəsizlik Müdirliyindən verilən yazılı açıqlamada bir nəfərin Əl-Rəbiyyə bölgəsində fəaliyyət göstərən təhlükəsizlik qüvvələrinə atəş açdığı bildirilib.
Açıqlamada, paytaxt Əmmanda İsrail səfirliyi yaxınlığında baş verən hadisədə atəş açan şəxsin öldürüldüyü bildirilib.
Açıqlamada hücumçunun atəş açması nəticəsində təhlükəsizlik qüvvələrinin 3 əməkdaşının yaralandığı, xəstəxanada müalicə alan şəxsi heyətin vəziyyətinin ağır olmadığı qeyd edilib.
Bu medianın verdiyi xəbərlərə görə, atəş səsləri eşidildikdən sonra təhlükəsizlik qüvvələri İsrail rejiminin Əmmandakı səfirliyinə gedən yolları bağlayıb.
Sionist səfirliyin əməkdaşları Qəzza müharibəsi başlayandan İordaniyanı tərk etmişdilər.
Səfirliyin yerləşdiyi ərazi həmişə müxtəlif hallarda izdihamlı nümayişlərə səhnə olub.
4250085