"Sabahagadir.ma" saytının verdiyi xəbərə görə, YUNESKO-nun Mərakeşin Quran hifzi üzrə birinci yerdə qərarlaşması bu ölkənin Quran əzbəri və maarifləndirilməsi istiqamətində davamlı səylərinin nəticəsidir.
Mərakeşdə bir milyon beş yüz min Quran hafizinin olması bu ölkə xalqının Quran hifzi və İslam dəyərlərinə nə qədər bağlı və qətiyyətli olduğunun göstəricisidir.
Ölkə hökuməti Quran dəyərlərinin təbliği məqsədilə dini-maarif mərkəzlərinin yaradılmasına xüsusi önəm verib.
Mərakeş uzaq keçmişdən İslam dünyasının mühüm mədəniyyət və sivilizasiya mərkəzi olmuşdur.
Mərakeşin müxtəlif bölgələrində Quran əzbərləmə mərkəzləri ən görkəmli İslam müəssisələri arasındadır. Bu mərkəzlər dini irsin qorunub saxlanmasında, uşaqlara və böyüklərə Quranı əzbərləmənin və oxumağın öyrədilməsində mühüm rol oynayır.
Mərakeş həmçinin dünyanın hər yerindən Quran hafizlərinin bir araya gəldiyi Quran yarışlarının təşkil edilməsi ilə məşhurdur.
Quranın hifzi, qiraəti və tərtil oxunması sahələrində keçirilən yarışlar Mərakeşin Quran sahəsində qlobal mövqeyini gücləndirir.
4249917