"Əl-Aləm" saytının verdiyi xəbərə görə, bu məscid bölgənin dini-mədəni fəaliyyətlərinin mərkəzi hesab olunur.
Qəzza Zolağındakı bu mühüm mədəniyyət və dini mərkəz 2024-cü ilin əvvəllərində sionist rejim ordusu tərəfindən hədəf alınmışdı. İşğalçı rejim bir daha bu məscidi hədəf alaraq ətrafdakı evlərə ziyan vurdu.
Sionist rejimin iddialarının əksinə, işğalçı rejim Nusirat düşərgəsindəki Əl-Fəruq məscidini də hədəf alaraq, məqsədinin ərəb və islam kimliyini məhv etmək olduğunu göstərmişdir. Bu səbəbdən davamlı olaraq tarixi abidələri, mədəni obyektləri, səhiyyə infrastrukturunu, xəstəxanaları və məktəbləri hədəf alır.
Bir fələstinli "Əl-Aləm" xəbər müxbirinə bildirmişdir ki, işğalçı rejimin hədəf aldığı məkan çox sayda yaşlı insanın və məcburi köçkün fələstinli uşaqların sığındığı, bölgə əhalisinin bir-biri ilə ünsiyyət qurduğu bir məscid idi.
Digər bir fələstinli isə deyib: “Məscidlər Qurani-Kərim hafizlərinin, düşüncə adamlarının və mücahidlərin cəmiyyətə çatdırıldığı yerlərdir və sionist rejim işğalçıları məscidləri dağıtmaqla cihad ruhumuzu zəiflətməyə çalışırlar.”
Məscidləri məhv etmə siyasəti, Sionist rejim rəhbərlərinin uzun müddətdir Qəzza Zolağındakı dini və mədəni mərkəzləri və məkanları məhv etməklə fələstinlilərin kimliyini silmək məqsədi daşıyan sistematik siyasətinin bir hissəsidir.
4251089