IQNA

Hizbullahdan İsrailin atəşkəsi pozmasına cavab

11:36 - December 03, 2024
Xəbər sayı: 3497175
İQNA - Sionist İsrail rejiminin atəşkəsi pozmasına Livan Hərəkatından ilk cavab gəldi.

Sionist İsrail rejiminin Livan cəbhəsində əldə edilən atəşkəsi dəfələrlə pozmasına Hizbullah Hərəkatından cavab gəldiyi bildirildi. Hizbullahın açıqlamasında, işğal rejiminin Livanın cənubundakı hücumlarına müdafiə tədbirləri çərçivəsində cavab verildiyi qeyd olunub.

Livan müqavimətinin açıqlamasında vurğulanıb ki, sionist İsrail Livanın müxtəlif bölgələrində mülki əhalini atəşə tutmaq və hava hücumları kimi müxtəlif formalarda pozuntularını davam etdirir.

Soyqırımçı İsrail rejiminin atəşkəsi pozması nəticəsində bəzi vətəndaşların şəhid olduğu, bəzilərinin isə yaralandığı açıqlamada ifadə olunub. Həmçinin İsrail təyyarələrinin Livan hava məkanını pozmağa davam etdiyi bildirilib.

Bu pozuntuların dayandırılması məqsədilə müvafiq qurumlara edilən müraciətlərin nəticəsiz qalmasından sonra, Hizbullah qüvvələrinin 2 dekabr, bazar ertəsi axşamı xəbərdarlıq xarakterli müdafiə cavabı olaraq işğalçı İsrail ordusuna məxsus Ruveysat əl-Aləm mövqeyini hədəf aldığı qeyd olunub.

Açıqlamada bunun ilk müdafiə addımı olduğuna diqqət çəkilib.

captcha