IQNA

Həzrət Zəhranın (s) əzadarlıq mərasimində Rəhbərin iştirakı

8:08 - December 06, 2024
Xəbər sayı: 3497192
İQNA - Həzrət Zəhranın (s) şəhadət gecəsi əzadarlıq mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı ilə keçirildi.

"İQNA" xəbər agentliyinin İslam İnqilabı Rəhbərinin ofisinin informasiya portalına istinadən verdiyi xəbərə görə, Həzrət Siddiqeyi-Kübra Həzrət Zəhranın (s) şəhadət gecəsi münasibətilə bir qrup Əhli-beyt (ə) sevərləri İmam Xomeyni (r.ə) Hüseyniyyəsində İslam İnqilabı Rəhbərinin iştirakı ilə əza saxladılar.

Mərasimdə Höccətül-İslam vəl-müslimin Ali çıxış edərək, Həzrət Zəhranın (s) dörd əsas xüsusiyyətini sadaladı: qeybə iman, xalqı və cəmiyyəti məlumatlandırmaq, İslam Peyğəmbərinin (s) ideallarından geri çəkilməmək və ölüm qorxusuna qalib gəlmək. O bildirdi ki, bu dörd göstərici, hər bir asimmetrik müharibədə uğurun əsas amillərindəndir.

Həmçinin mərasimdə Hacı Mehdi Səmavati "Təvəssül" duası oxudu və Hacı Seyid Məcid Bəni-Fatimə Həzrət Zəhranın (s) barəsində mərsiyə dedi.

4252499

captcha