IQNA

47-ci ümummilli Quran müsabiqəsinin bağlanış mərasimi keçirildi

11:32 - December 20, 2024
Xəbər sayı: 3497278
İQNA - Qurani-Kərimin 47-ci ümummilli müsabiqəsinin bağlanış mərasimi 19 dekabr tarixində Təbrizdə ölkə və əyalət rəsmilərinin iştirakı ilə keçirilərək, qaliblər elan edildi.

"İQNA"-nın Şərqi Azərbaycan ofisindən verdiyi məlumata görə, 47-ci ümummilli Quran müsabiqəsinin final mərhələsinin bağlanış mərasimi 2 dekabr tarixindən Təbrizdə qadınlar və kişilər bölməsində başlanaraq 18 gün davam etmiş və 19 dekabr tarixində beynəlxalq qari Qasim Muqəddəmin tilavəti ilə Təbriz Məsçidində keçirilmişdir.

Tədbirin əvvəlində Şərqi Azərbaycanın Vəqflər və Xeyriyyə İşləri İdarəsinin müdiri Höccətül-İslam vəl-müslimin Seyid Şəhabəddin Hüseyni çıxış edərək İslam İnqilabı, səkkizillik müdafiə müharibəsi, müqavimət, təhlükəsizlik və sağlamlıq şəhidlərini yad etmişdir. O, Təbrizin keçmiş imam cüməsi şəhid Ayətullah Ali Haşimi və Şərqi Azərbaycanın keçmiş valisi şəhid Malik Rəhmətinin də xatirəsini anmış və onların xalq və İslam Vətəninə xidmət yolunda qiymətli canlarını fəda etdiklərini vurğulamışdır.

O, Təbrizin İranın ən böyük mədəni və Quran tədbirinə ev sahibliyi etməsindən danışaraq əlavə etmişdir: “Allahımıza şükür edirik ki, Təbriz, Fatimə Zəhranın (s) şəhadətindən doğum gününə qədər Quran müsabiqələrinə ev sahibliyi etdi. Biz Təbrizi alimlərin, xidmət şəhidlərinin, Aşuraçılar şəhəri, qalib sərkərdələr və dünyada şiəliyin ilk paytaxtı olan bir şəhər olaraq Quranın maarifindən dolu gördük”.

Şərqi Azərbaycanın Vəqflər və Xeyriyyə İşləri İdarəsinin müdiri bildirmişdir ki, bu tədbir çərçivəsində vilayətdə 700-dən çox seçmə və yerli məclis keçirilib. O, son 20 ildə belə bir səviyyədə müsabiqələrin keçirilmədiyi bildirilib və bu istiqamətdə müsabiqələr ərzində 200-dən çox seçmə məclis və "hər məktəb, məscid, mərkəz və məhəllə bir məclis" şüarı ilə 500-dən çox məclis keçirilmişdir.

"İQNA"-nın verdiyi məlumata görə, bu tədbirin aparıcılığını radio-televiziya şəbəkəsinin aparıcısı Məhəmmədhadi İslami edib. Təbrizin Hüseyn (ə) Darül-Quran Mərkəzinin Səqəleyn məddah qrupunun çıxışından sonra Qurani-Kərimin 47-ci ümummilli müsabiqəsinin bəyanatı təcrübəli Quran müəllimi və qiraət üzrə münsiflər heyətinin sədri Abbas Səlimi tərəfindən oxunmuşdur.

4255018

Teqlər: quran ، müsabiqə ، təbriz ، qiraət
captcha