IQNA

Sionist rejim 2024-cü ildə Qəzzada 966 məscidi dağıdıb

10:02 - January 06, 2025
Xəbər sayı: 3497382
İQNA - İşğalçı İsrail ordusunun 2024-cü ildə Qəzza zolağında həyata keçirdiyi hücumlarda 966 məscidin qismən və ya tamamilə dağıdıldığı açıqlanıb.

Fələstinin Vəqflər və Dini İşlər Nazirliyinin verdiyi yazılı açıqlamada sionist İsrail ordusunun 2024-cü ildə Qəzzada 815 məscidi tamamilə dağıdıb, 151 məscidi isə qismən dağıtdığı bildirilib.

İşğal ordusunun Qəzzada 19 qəbiristanlığı və 3 kilsəni tamamilə yerlə-yeksan etdiyi qeyd edilib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 2023-cü il oktyabrın 7-də “Fələstinlilərə və müqəddəs dəyərlərə, xüsusən də Məscidül-Əqsaya qarşı davamlı hücumlara cavab vermək” əsası ilə sionist rejimə qarşı “Əqsa tufanı” adlı hərtərəfli əməliyyat təşkil edib.

İşğal ordusu eyni tarixdə onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma keçdiyini də bildirib.

İşğalçı rejim qadın və uşaqların da olduğu qırğınlarını davam etdirir.

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 45 min 805-ə yüksəlib.

captcha