"Əl-Xəlic" saytının verdiyi xəbərə görə, Ali Şuranın üzvü və Şarcə hökmdarı Şeyx Sultan ibn Məhəmməd Əl-Qasimi Əl-Ravidat mahalının Əl-Vaha bölgəsində Seyyidə Xədicə məscidinin açılışında iştirak edib, həmçinin Əl-Ravidat bölgəsini ziyarət edib. Əl-Ravidat qəbiristanlığı 1925-ci ildə tikilib.
Məscidin açılışında yüksək səviyyəli rəsmilər, dövlət idarələrinin rəhbərləri və məsullar iştirak ediblər.
Məscid İslam memarlıq üslubunu müasir elementlərlə birləşdirərək 49 383 kvadratmetr ərazidə inşa edilib.
Məscidin əsas zalda 1400 nəfər, xarici eyvanda 1325 nəfər, qadınlar üçün ayrılmış hissədə isə 140 qadının namaz qılmaq üçün tutumu var.
Məsciddə imam və müəzzinlər üçün kitabxana, qüsl verilən yer, dəstəmaz alma, tualet və yaşayış yerləri kimi müxtəlif imkanlar, 592 maşınlıq avtomobil dayanacağı var.
Məscidin memarlıq dizaynına diametri 10 metr olan dairəvi əsas günbəz, diametri 4,5 metr olan iki kiçik günbəz və hündürlüyü 40 metr olan iki minarə daxildir.
O, həmçinin ətraf mühitin qorunması üçün enerji və su istehlakını azaltmağa görə müasir sistemlərlə təchiz olunub.
Seyyidə Xədicə məscidinin yanında yerləşən Əl-Ravidat qəbiristanlığının sahəsi 639 min 931 kvadratmetrdir və asfalt yolu və təchiz olunmuş dayanacağı var.
4258629