IQNA

Fransada müsəlman tələbələrin liseyinə dövlət dəstəyi kəsiləcək

1:57 - January 15, 2025
Xəbər sayı: 3497436
İQNA – Fransada müsəlman tələbələrin təhsil aldığı orta məktəbə sentyabr ayında dövlət dəstəyinin kəsiləcəyi xəbəri yayılıb.

Milli mətbuatın verdiyi məlumata görə, Auvergne-Rhone-Alp valisi Fabienne Buccio, həftə sonu Lion şəhəri yaxınlığındakı Decines-Charpieu şəhərində müsəlman tələbələrə təhsil verən Əl-Kindi məktəb qrupunun əyalətlə üç ayrı müqaviləni ləğv etdiyini açıqladı.

Bu çərçivədə, Fransa dövlətinin Əl-Kindi Liseyinə dəstəyi 2025-ci ilin sentyabr ayından etibarən kəsiləcək.

Fransa rəsmiləri müqavilələrin məktəbin inzibati, pedaqoji və “respublika dəyərlərinin pozulması” səbəbi ilə ləğv edildiyini bildirib.

İbtidai, orta və lisey təhsili verən Əl-Kindi məktəb qrupunda təxminən 620 şagird var.

Teqlər: fransa ، avropa ، İslam ، müsəlman
captcha