“Anadolu Arabic”in verdiyi məlumata görə, Paris və “Makkabi Təl-Əviv” klubları arasında basketbol oyunu Parisdəki “Adidas Arena”da oynanılıb.
Fələstin tərəfdarları İsrail klubu ilə oyundan narazılıqlarını bildirmək üçün etiraz aksiyası keçiriblər.
Fələstin bayraqları və “Ədalət Fələstinə məxsusdur” yazılmış plakatlar daşıyan nümayişçilər “İsrail qatildir”, “Makron İsrailin şərikidir” şüarları səsləndirərək təşkilatı qınayıblar.
Nümayiş zamanı fransalı etirazçılar sionist rejimin Qəzzə xalqına qarşı soyqırımına qəzəblərini ifadə edərək, Təl-Əvivə dəstək verən şirkətlərlə əlaqələri kəsməyə çağırıblar.