IQNA

Əkrimə Sabri: "Məscidül-Əqsadan əl çəkməyəcəyəm"

1:19 - January 19, 2025
Xəbər sayı: 3497458
İQNA – Əkrimə Sabri İslam dünyasını Qüds və Məscidül-Əqsanı qorumağa və bu mövzuda məsuliyyətlərini üzərinə götürməyə çağıraraq, Əqsadan heç vaxt əl çəkməyəcəklərini vurğulayıb.

Sabri, "AA" müxbirinə verdiyi açıqlamada, avqustun 2-də Əl-Əqsa məscidində cümə xütbəsi zamanı İranda şəhid olan Həmas lideri Həniyyə üçün dua etdiyi səbəbiylə saxlanıldığını xatırladıb.

Sabri, "6 ay Məscidül-Əqsaya girməyimə mane oldular. Bu qadağa bir aya bitir. 51 ildir ki, Məscidül-Əqsada təbliğ edirəm, şübhəsiz ki, Məscidül-Əqsadan uzaq olmaq ağrılıdır" dedi.

Məscidül-Əqsanı heç vaxt tərk etməyəcəyini vurğulayan Sabri Əqsadakı hadisələri hər gün izlədiyini bildirib.

Fələstin torpaqlarında baş verən hadisələr və İsrailin oradakı genişlənmə cəhdləri ilə bağlı Sabri, "Bilindiyi kimi, İsrail nəzarət etdiyi torpaqlarla kifayətlənməyən və hər gün İordan çayının qərb sahilində geniş əraziləri ələ keçirən genişlənmə siyasətini davam etdirir" dedi.

İsrailin sərhədlərinin olmadığı bilindiyinə də diqqət çəkən Sabri, "İsrail dövləti sərhədlərini açıqlamadı. Niyə? Çünki plan genişlənərək çata biləcəyi hər bölgəyə yayılmaqdır" ifadəsini işlətdi.

İkrimə Sabri Qəzzada yaşayan fələstinliləri səbirli və israrlı olmağa çağıraraq, yardımların hər il verildiyini qeyd edib.

4260382

captcha